BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələcək Azərbaycan Partiyası yaydığı bəyanatı təkzib etdi

Gələcək Azərbaycan Partiyası (GAP) “Baku WS", Pravda.az", "Azsiyaset.com” və bir sıra digər saytları məhkəməyə verdiyi üçün medianı müdafiə etmək məqsədilə 4 aprel 2022- ci ildə saat 22:00-da öz rəsmi Feysbuk səhifəsində tanınmış jurnalist Eldar İsmayılov barədə kəskin bəyanat yaymışdır.

 

Yuxarıda adları qeyd edilmiş saytlar dərhal bu bəyanatı kopyalayaraq “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında öz səhifələrində tirajlamışlar.

 

Bəyanatda göstərilən faktları bizə Eldar müəllimin məhkəməyə verdiyi onlayn media subyektlərinin rəhbərləri təqdim etmiş və bunların həqiqət olduğuna əminliklərini bildirmişdilər. Biz isə deyilənlərə inanaraq reallıqdan tamamilə uzaq, həqiqəti qətiyyən əks etdirməyən bu “faktları” bəyan edərək 75 illik ömrünün 57 ilini peşəkar jurnalistikaya həsr etmiş ağsaqqal qələm və söz adamının ünvanına böhtan yağdırmışıq. Bu da Eldar müəllimin haqlı narazılığına səbəb olmuşdur.

 

Bir müddət araşdırma apararaq müəyyən etdik ki, bu qocaman jurnalistin olduqca maraqlı və təqdirəlayiq həyat və yaradıcılıq yolu vardır.

 

O, birinci Qarabağ müharibəsinin od-alovundan keçmişdir, qazidir, II qrup əlildir, Xankəndi şəhərindən ilk məcburi köçkünlərdəndir, Respublikanın əməkdar jurnalistidir, nümunəvi ailə başçısıdır və bəyanatda barəsində yazdıqlarımızın heç biri həqiqəti əks etdirmir.

 

Həmin bəyanatımızı birmənalı olaraq təkzib edir, anlaşılmazlıq, tələskənlik nəticəsində burduğumuz ağır mənəvi zərərə görə dəyərli ziyalımızdan üzrxaqlıq edirik.

 

Gələcək Azərbaycan Partiyası mətbuat Xidməti

Tarix: 4 Aprel 2022, 22:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin