BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta vaksin sənədi hazırlayan həkim məhkəmə qarşısında

Vəzifə saxtakarlığında təqsirləndirilən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşı olmuş Valeh Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Qobustan Rayon Məhkəməsinin hakimi Mirələm Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmin növbəti iclası aprelin 5-nə təyin edilib.

 

Qeyd: rəsmi məlumata əsasən, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlərin edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Daha sonra cinayət işi yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 4 Aprel 2022, 22:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin