BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərikard"a protokol yazıldı

“Azərikard” MMC-yə cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.
 

Xatırlatma: Bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

 

Kamal Məmmədov 

Tarix: 4 Aprel 2022, 23:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin