BURADA REKLAMINIZ OLA
BİLƏR

“Akkord” cərimələndi

Azərbaycanda tanınmış tikinti şirkətinə cərimə protokolu yazılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.


Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.


İddia hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.


Xatırlatma: Bu xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Kamal Məmmədov 

Tarix: 5 Aprel 2022, 00:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin