BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərsu" ASC-yə protokol tərtib olundu

“Azərsu” ASC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 237.2-ci (Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Xatırlatma: Bu xətaya görə, fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Kamal Məmmədov 

Tarix: 5 Aprel 2022, 07:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin