BURADA REKLAMINIZ OLA
BİLƏR

“Heyf olsun o yanacağa ki, yandırırıq, Brüssel görüşünə gediş-gəliş baş tutsun…”

“Aprelin 6-na təyin edilmiş Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən heç bir gözləntim yoxdur, çünki Ermənistan indiyə qədər heç vaxt söz sahibi olmayıb. Ermənistanın konkret yiyələri var ki, onlardan biri də rəsmi Moskvadır. Bu vaxta qədər yüzlərlə belə görüş olub. Ona görə də düşünmək olmaz ki, Ermənistan məhz bu görüşdən sonra ağıllanacaq. Nəzərə almaq lazımdır ki, onlar 28 il müddətində BMT qətnamələrini icra etməyib”.

 

Bunu Pravda.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov deyib.

 

Ekspert bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə razılığın əldə edilməsi gözlənilən deyil: “Ermənistan, onsuz da hələ 2020-ci ilin 10 noyabr bəndlərini icra etməyib, ərazilərimizi silahlı tör-töküntülərdən təmizləməyiblər. Azərbaycan, sadəcə olaraq, məcburdur ki, bu görüşdə iştirak etsin, əks halda, bizi danışıqlardan yayındığımız üçün günahlandıracaqlar. Belə danışıqlar Azərbaycana heç bir halda fayda verməyib, heç verməyəcək də. Ermənistan özünü ağıllı, sivil dünya dövləti kimi təqdim edir, biz isə vaxt itiririk. Heyf olsun o yanacağa ki, biz onu yandırırıq ki, Brüssel görüşünə gediş-gəliş baş tutsun. Beynəlxalq qurumlar oyun oynayırlar, bu görüş həmin Şarl Mişelə hesabat üçün lazımdır. Nə olsun ki, sən Azərbaycanla Ermənistanı bir araya gətirirsən? Nəyə nail olmusan ki?! Sənin ABŞ-ın, Avropa qurumların bu gün Rusiyanın Ukraynaya qarşı keçirdiyi müharibədə və Azərbaycan Ermənistan münasibətlərinin tənzimləməkdə acizdir. Şəxsən mənim heç bir gözləntim yoxdur. Gəlin, sadəlövh olmayaq, özümüz özümüzü aldatmayaq”.

 

Nəzrin Cavid

Tarix: 5 Aprel 2022, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin