BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qələbəmiz erməni vətəndaşlarımızın haqlarının təminatı baxımından bəzi konstitusion yenilikləri mümkün edir”

“Hardan bilək, sabahkı Brüssel görüşündə irəliləyiş oldu, yoxsa yox? Çətin deyil. Tərəflər anlaşmaya doğru tərpənsələr, bir müddət sonra Azərbaycanda referendum olacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

“Prezident İlham Əliyev bu referendumu gözləməsəydi, Milli Məclisə boş qalan 7 yer üzrə seçkiləri Konstitusiyanın qarantı olaraq çoxdan təyin etmişdi. Danışıqların nəticələrini gözləyir ki, ləngiyir və Konstitusiya hazırda pozulmuş durumdadır. Əlbəttə, "status gorbagor oldu", amma müharibədəki qələbəmiz erməni vətəndaşlarımızın haqlarının təminatı baxımından bəzi konstitusion yenilikləri mümkün edir. Fürsət açılmışkən, o referenduma ermənilərə aidiyyatı olmayan başqa məsələləri də qoşsalar, tam yeni bir siyasi mərhələnin başlanmasından danışmaq mümkün olacaq” – İ.Məmmədov qeyd edib.

Tarix: 5 Aprel 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin