BURADA REKLAMINIZ OLA
BİLƏR

"AFB Bank" iki şirkəti məhkəməyə verdi

"AFB Bank" ASC iki şirkəti məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC "Klassik Co" və "Aqro kompleks Qəbələ" MMC-ləri ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Bank şirkətlərin barəsində kreditin ödənilməsi barədə tələb irəli sürüb. Lakin kreditin məbləği açıqlanmayıb.

 

İş hakim Kənan Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Kamal Məmmədov

Tarix: 5 Aprel 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin