BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: “Rusiya Ukraynaya qarşı müharibə etməyə məcbur idi”

“Haqqımda deyilənlər, əsassız ittihamlar vecimə deyil. Otuz il siyasətdə olduğum müddətdə o qədər sözlər deyiblər ki, adət etmişəm. Mən hər zaman öz fikrimi bildirmişəm, palaza bürünüb el ilə sürünmək niyyətində deyiləm”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının başqanı Araz Əlizadə deyib.

 

A.Əlizadə bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putinin haqlı olduğunu hesab etmir: "Sadəcə olaraq, Rusiya Ukraynaya qarşı müharibə etməyə məcbur idi. Rusiya özünü müdafiə etməli idi. Ukrayna isə NATO-ya üzv olmaq üçün öz konstitusiyasını pozdu. Həmin qərar referendumla verilməli olduğu halda, Ali Radada verildi. Yəni, xalqın fikri soruşulmadı. Ona görə də Rusiya hərbi əməliyyat keçirməsi üçün sanki məcbur edildi”.

 

Nəzrin Cavid

Tarix: 5 Aprel 2022, 14:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin