BURADA REKLAMINIZ OLA
BİLƏR

İlon Mask Bezosu geridə qoydu

İlon Mask son 4 il ərzində dünyanın ən zəngin adamı hesab olunan "Amazon"un qurusucusu Ceff Bezosu geridə qoyaraq ilk dəfə "Forbes"in tərtib etdiyi dünyanın ən zəngin adamları siyahısına başçılıq edib.

 

Pravda.az xəbər verir ki, "Tesla" və "Space X"in qurucusu və sahibi olan Maskın sərvəti 302 milyard dollar həcmində müəyyənləşdirilib.

 

İkinci sıraya enən Bezosun sərvəti 194 milyard, üçüncü sırada qərarlaşan "Louis Vuitton" və digər şəbəkələrin sahibi Bernard Arnault və ailəsinin sərvəti 175 milyard, bir zamanlar uzun müddət dünyanın ən varlı insanı adına sahib olan "Microsoft"un yaradıcısı Bil Qeytsin sərvəti isə 135 milyard dollar həcmindədir və o siyahının 4-cü sırasında qərarlaşıb.

 

Leyla

Tarix: 5 Aprel 2022, 14:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin