BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan ərazisindən erməni silahlı quldur dəstələri çıxarılmalı, cinayətkarlar cəzalandırılmalıdır” - RƏY

“Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-na planlaşdırılan Brüssel görüşü ilə bağlı ümid edirik ki, İttifaq ədalətli mövqe sərgiləyəcək və Azərbaycanın təkliflərinin icrası üçün Ermənistana göstəriş verəcək. Hesab edirəm ki, Avropa Şurası Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh təklifinin və üçtərəfli görüşlərdə imzalanan bəyanatların müvafiq bəndlərinin icrası ilə bağlı işğalçı, haqsız mövqedə duran, bu gün də müharibə çağırışları edən Ermənistana təsir gostərməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat qeyd edib ki, ötən 30 il ərzində Avropa təsisatlarının bu məsələ ilə bağlı ədalətli mövqe tutmadığını xatırlanarsa, ümidsizlik yaranar: "Lakin İstənilən halda, Avropa bu regionda münaqişənin birdəfəlik sona çatmasını istəyirsə, dayanıqlı sülh sazişinin imzalanması üçün çalışmalıdır. Mütləq şəkildə Azərbaycan ərazisində hələ də qalmaqda olan erməni silahlı quldur dəstələri çıxarılmalı, separatçı qurum ləğv olunmalı, cinayətkarlar cəzalandırılmalı, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası sona çatdırılmalı və Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə təkliflərini verib və ümid edirik ki, dövlətimizin ədalətli mövqeyi üstün gələcək. Nəticədə, Ermənistanın bəhanələrinə və qeyri-konstruktiv mövqeyinə son qoyulacaq”.

 

Nəzrin Cavid

Tarix: 5 Aprel 2022, 14:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin