BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yeni doğulan uşağını öldürən qadın həbs edilib

Bakıda yeni doğulmuş uşağını qəsdən öldürməkdə təqsirləndirilən qadın həbs edilib.

 

Pravda.az-ın görə, Nizami rayon Məhkəməsində A.K (ad, soyad şərtidir) barəsində istintaq orqanının təqdimatına baxılıb.

 

Təqdimat təmin edilib və A.K barəsində həbs qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

 

Qeyd edək ki, martın 31-də Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix: 5 Aprel 2022, 19:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin