BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 75 yaşlı qadına işgəncə verən baxıcının məhkəməsi başladı

Bakıda 75 yaşlı qadına işgəncə verən baxıcı Sona Axundovanın cinayət işi məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 15-nə təyin edilib.

Baş Prokurorluğun məlumatına əsasən, 2021-ci ilin dekabrında bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayan 1946-cı il təvəllüdlü ağır xəstə olan Zenfira Musayevaya ona qulluq edən şəxs tərəfindən zorakılıq edilməsini əks etdirən videogörüntülər və məlumatlar yayılmışdı.

Qeyd edilib ki, Pirallahı Rayon Prokurorluğunda qeyd edilən faktla bağlı aparılan araşdırmalarla ağır xəstə olan Zenfira Musayevanın baxıcısı Sona Axundova tərəfindən mütəmadi olaraq döyülməklə və sair zorakı hərəkətlərlə əzab verilməklə çoxsaylı bədən xəsarətləri yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Yoxlama zamanı Zenfira Musayevanın qızı Sevinc Quliyeva tərəfindən anasının baxıcısı tərəfindən döyülməsini əks etdirən videogörüntülər də təqdim edilib.

Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Rayon Polis Şöbəsinə tapşırılıb. Daha sonra cinayət işi yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

 

Kamal Məmmədov 

Tarix: 5 Aprel 2022, 19:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin