BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda gənc oğlan evə gec gələn bacısını döydü

Yasamal Rayon Məhkəməsində bacısını döyməkdə təqsirləndirilən T.T-nin (ad, soy adı şərti - red) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs 27 fevral 2022-ci il tarixdə, saat 22:40 radələrində bacısı A.T-ni (ad, soy adı şərti - red) Yasamal rayonu ərazisində yaşadıqları mənzildə döyüb.


Belə ki, həmin gün A.T evə gec gəlib. Buna görə qardaşı da bacısına irad bildirib. Onlar arasında mübahisə düşüb. Bu zaman T.T evin qonaq otağında bacısının baş və kürək nahiyələrinə əlləri ilə vurub.


Qadında onun döş qəfəsinin şişkinlik halında əzilməsi, başın sol ənsə nahiyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri aşkarlanıb.


Daha sonra A.T döyülməsi ilə bağlı polisə müraciət edib. T.T saxlanılıb və ona bacısının sağlamlığına qəsdən yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.


Məhkəmənin hazırlıq iclasında gənc oğlan T.T elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmişlə barışdığını söyləyərək iş üzrə icraata xitam verilməsini xahiş edib.


A.T də məhkəmədə təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək hazırda onunla barışdığını, qardaşına qarşı şikayət və tələbinin olmadığını deyib. O, bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edib.


Məhkəmənin qərarına əsasən, təqsirləndirilən T.T cinayət
məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


Kamal Məmmədov 

Tarix: 5 Aprel 2022, 20:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin