BURADA REKLAMINIZ OLA
BİLƏR

"İndi də Rusiya hökuməti avadanlıq "oğurluğuna" icazə verir"

"Əvvəllər xarici proqram "oğurluğuna" icazə verən Rusiya indi də xarici avadanlıq "oğurluğuna" icazə verəcək".


Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.


Ekspert bildirib ki, Rusiya qlobal dünyanın total sanksiyaları ilə üz-üzə qalıb: "Bütün texnoloji şirkətlər Ukraynaya təcavüzlə bağlı Rusiyanı tərk edib. Rusiya vəziyyətdən çıxış yolları axtarır. Əvvəllər qeyd etmişdik ki, Rusiya bu ölkədə dövlət və özəl sektorda proqram təminatı sahəsində "oğurluğa" icazə verib. Yəni, bu ölkədə xarici proqram təminatlarından lisenziyasız istifadə artıq hər hansı cinayət və inzibati məsuliyyət yaratmır. İndi də Rusiya hökuməti avadanlıq "oğurluğuna" icazə verir. Artıq Rusiya hökuməti təkcə istehsalçılardan ya da onların razılığı olan şirkətlərdən deyil, istənilən yerdən və istənilən formada texnologiya idxalına icazə verib.
Yəni, hansısa Rusiya şirkəti xarici istehsalçının məhsulunu, telefon, kompüter, noutbuk və ya TV-ləri paralel olaraq istənilən şirkətdən, istehsalçının razılığı olmadan da əldə edə biləcək. Bu da oğurluğun yeni, daha müasir növüdür".


"Əvvəllər Rusiyada mövcud olan qaydalara görə istehsalçı şirkət bu ölkə üçün texnoloji məhsullarına mütləq qabaqcadan siyahısı təsdiqlənın yerli proqram təminatlarını da yükləməliydi. Xarici avadanlığa - telefon, kompüter, noutbuk və ya TV və sair yerli proqramlar yükləmədən ölkəyə daxil etmək cinayət məsuliyyəti yaradırdı, böyük cərimələr tətbiq edilirdi. Artıq bu qaydalar da Rusiyada ləğv edildi. İndiki qaydalara görə hər hansı avadanlığı, paralel olaraq istənilən yerdən alıb Rusiyaya gətirmək olar. Güman etmək olar ki, Rusiyadakı bu qərarlarla bağlı regionda nəhəng "İT qara bazarı" formalaşacaq. Qonşu ölkələr böyük pullar qarşılığında Rusiyaya bu texnoloji məhsulların, avadanlıqların sanksiyadan kənar ötürülməsi üçün platformaya çevrilə bilər" - O.Gündüz əlavə edib.

Nadir

Tarix: 5 Aprel 2022, 21:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin