BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı - YENİLƏNDİ - 2

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində baş vermiş yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının mürəkkəbliyinə, o cümlədən obyekt daxilində tezalışan malların mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin fərdi şücaəti və peşəkarlıqları sayəsində yanğının geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.

 

Yanğın nəticəsində ümumi sahəsi təqribən 3000 kv.m olan sexin 600 kv.m hissəsi yanıb.

 

Sexin böyük hissəsi, o cümlədən boya bölməsi yanğından mühafizə olunub.

 

***

05/04 23:43

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

 

Bu barədə Nazirlik məlumat yayıb.

 

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

 

 

***

23:00

 

Bakıda güclü yanğın başlayıb.

 

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

 

İlkin ehtimala görə, sex kimi fəaliyyət göstərən ərazi yanır.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və azı 10 yanğınsöndürmə avtomobili cəlb olunub.

 

Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb

 

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

 

Report

Tarix: 6 Aprel 2022, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin