BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda gözətçi qadını öldürən keçmiş polisə AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayonunda qətl törətməkdə təqsirləndirilən Əliağa Sultanovun cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 13 il müddətinə azadlıqdan mərhum edilib. Hökmdə qeyd edilib ki, Ə.Sultanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Təqsirləndirilən şəxs çıxarılan hökmdən narazı qalıb və daha sonra apellyasiya şikayəti verib. Hazırda şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.

 

Qeyd: Ötən il iyulun 22-də Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Əliağa Sultanov həbs edilib.

 

Xatırlatma: 1995-ci il təvəllüdlü Ə.Sultanov Sabirabad Mühafizə Şöbəsinin polis nəfəri olub.

Tarix: 6 Aprel 2022, 07:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin