BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baku Steel Company" QSC-yə cərimə protokolu yazıldı

"Baku Steel Company" QSC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, QSC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin baxış iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: "Baku Steel Company" QSC Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisələrindən biridir.

Tarix: 6 Aprel 2022, 08:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin