BURADA REKLAMINIZ OLA
BİLƏR

“Blinkenin Prezident İlham Əliyevə zəng etməsi göstərir ki, ABŞ regionda lider dövlət kimi Azərbaycanı qəbul edir” - RƏY

“Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi göstərir ki, ABŞ Cənubi Qafqazda lider dövlət kimi Azərbaycanı qəbul edir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputatın sözlərinə görə, telefon danışığı zamanı bir sıra vacib məsələlərə toxunulub: “Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini qeyd edib. Prezident İlham Əliyev ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini bir daha qeyd edib. Dövlətimizin başçısı humanitar məsələlərə xüsusi toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini bildirib. Bütün bunlar bir daha göstərir ki, dünya Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Düşünürəm ki, ABŞ Ermənistana təsir edəcək və Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, şərtləri də Azərbaycan diqtə edir”.

 

Kənan Mirzəyev

Tarix: 6 Aprel 2022, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin