BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyada 36 yaşlı azərbaycanlı öldü - SƏBƏB

Rusiyada azərbaycanlı, “Lipetsksement” müəssisəsinin direktoru Elvin Məmmədov ürəktutmadan vəfat edib.

 

Pravda.az xəbər verir ki, bu barədə şirkətin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, o, aprelin 3-ü Moskvadan Lipetskə qayıdırmış və qatar gözlədiyi vaxt dünyasını dəyişib.

 

Qeyd olunur ki, Elvin Məmmədov 1986-cı ildə Saxa Respublikasının (Yakutiya) Moxsoqollox qəsəbəsində anadan olub. 2008-ci ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Akademiyasını iqtisadçı ixtisası üzrə bitirib. O, 2020-ci ilin avqustundan bəri “Lipetsksement” zavoduna rəhbərlik edib.

 

E. Məmmədov Saxa Respublikasının Dövlət Məclisinin deputatı, “Yakutsement” müəssisəsinin rəhbəri Əliş Məmmədovun oğludur.

Tarix: 6 Aprel 2022, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin