BURADA REKLAMINIZ OLA
BİLƏR

"Avropa İttifaqı Ukraynanın Rusiya ilə münaqişədə uduzmasını istəmir" - Cozep Borell

"Avropa İttifaqı Ukraynanın Rusiya ilə münaqişədə uduzmasını istəmir, ona görə də onu silahlandırmaqda davam edəcək."

 

Pravda.az xəbər verir ki, bunuvAvropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.

 

“Parlamentdə mənə dedilər ki, münaqişəni mümkün qədər tez bitirmək, Ukraynanın silahlandırılmasını dayandırmaq lazımdır. Ancaq dağıdılmış, məğlub olmuş, milyonlarla qaçqına və minlərlə ölüyə sahib ölkəyə dəstəyimizi dayandıra bilmərik" - Borrell bildirib.

 

O, həmçinin əlavə edib ki, Aİ-nin Ukrayna ordusuna hərbi yardımı maliyyələşdirmək üçün ayırdığı bir milyard avro Aİ-nin Rusiyadan gündəlik yanacaq alışına xərclədiy pulla müqayisədə o qədər də böyük məbləğ deyil.

 

Leyla

Tarix: 6 Aprel 2022, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin