BURADA REKLAMINIZ OLA
BİLƏR

“Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ABŞ-ın Azərbaycanın mövqeyinə olan müsbət yanaşmasının göstəricisidir” - RƏY

“ABŞ Dövlət Departamentinin Baş katibi Antoni Blinkenin xüsusilə Brüssel görüşü ərəfəsində Prezident İlham Əliyevə zəng etməsinin böyük əhəmiyyəti var. Bu zəng ABŞ-ın Azərbaycanın mövqeyinə olan müsbət yanaşmasının göstəricisidir. Əlbəttə ki, bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətlərindən biridir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, Azərbaycanın üçtərəfli görüşlərdə təqdim etdiyi şərtlər, Cənubi Qafqazda sülhün təminatına çalışması Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənir: “ABŞ Dövlət Departamentinin Baş katibinin zəngi onların bu məsələdə maraqlı olduğunu göstərir. Telefon danışığı zamanı müzakirə edilən məsələlər də bunu sübut edir. Antoni Blinkenin sözlərinə görə, ABŞ aprelin 6-na planlaşdırılan görüşə ciddi önəm verir. Ümumilikdə, proseslər bir daha açıq-aşkar göstərir ki, Azərbaycan Cənubi Qafqazda lider dövlətdi”.

 

Nəzrin Cavid

Tarix: 6 Aprel 2022, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin