BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kişi küçədə əvvəlcə arvadını güllələyib, sonra özünü öldürüb

Bakıda qətl törədilib.

 

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi küçədə qadını, daha sonra da özünü güllələyərək öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu rayonu ərazində kişi özünə məxsus ov tüfəngi ilə öncə həyat yoldaşını gülləyərək öldürüb, sonra özünü güllə ilə vuraraq intihar edib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

 

Araşdırma aparılır.

Tarix: 6 Aprel 2022, 13:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin