BURADA REKLAMINIZ OLA
BİLƏR

“Regionda yaranan gərgin mühit ABŞ-ın diqqətini yenə də Azərbaycana yönəldib” - RƏY

“Azərbaycan təhlükəsizlik və enerji sahəsində çox mühüm rola malikdir və uzun müddətdir, həmin sahələrdə ABŞ ilə uğurlu əməkdaşlıq edir. Bütün bunların fonunda regionda yaranan gərgin mühit ABŞ-ın diqqətini yenə də Azərbaycana yönəldib. Ona görə də ABŞ Dövlət Departamentinin Baş katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Həmçinin, telefon danışığında müzakirə edilən mövzular bir daha sübut edir ki, Azərbaycanın dünyada artan nüfuzu, regionun lider dövlətlərindən olması beynəlxalq aləmdə də qəbul edilir”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazdakı mühüm rolu danılmazdır: “Aydındır ki, Azərbaycan dövlətinin əsas məqsədi regionda sabitliyin, əməkdaşlıq mühitinin yaranmasına və dayanıqlı sülhə töhfə verməkdir. Sözsüz ki, buna nail olmaq üçün uğurlu addımlar atır. Ona görə də ABŞ da dünyada nüfuzu getdikcə artan Azərbaycanla əlaqələrini genişləndirmək istəyir. Hesab edirəm ki, bu, hər iki dövlətin maraqlarına uyğundur. Bizim strategiyamız tərəfdaşlıq və əməkdaşlıqdan ibarətdir. Azərbaycan bu istiqamətdə çox ciddi uğurlara nail olur. Təsadüfi deyil ki, Cənubi Qafqazda baş verən mühüm hadisələr Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edilir. Antoni Blinkenin, xüsusilə, Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri arasında aprelin 6-na təyin edilmiş görüş ərəfəsində zəng etməsinin əhəmiyyəti böyükdür”,

 

Nəzrin Cavid

Tarix: 6 Aprel 2022, 14:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin