Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sənəddə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində dərc edilməsi nəzərdə tutulub.
Sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.
Bəs evə ehtiyacı olan vətəndaşların uçota alınması necə aparılacaq, evlər kimlərə hansı qaydada və şərtlərlə veriləcək? Bu evlər pulsuz veriləcək, yoxsa güzəştli qiymətlərlə?
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Redaktor.az-a bildirib ki, bu barədə danışmaq hələ ki, tezdir.
“Qaydalar müəyyənləşdiriləcək, o qaydalara uyğun iş aparılacaq. Qaydaların müəyyənləşdirilməsi üçün tapşırıq verilib. Qaydalar necə olacaqsa, o cür bəzi məslələr həyata keçiriləcək”, - deyə mətbuat katibi bildirdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyev isə bildirib ki, təmsil etdiyi qurum bu prosesin icraçısı deyil:
“Hələ ki, yenilik yoxdur. Olsa belə bizim qurum tərəfindən açıqlanmayacaq. Çünki biz onun sırf İT tərəfindəyik, əsas icraçı deyilik. Əsas icraçı Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyidir. Amma hələlik qaydalar təsdiqlənməyib. Hələ sadəcə tədbirlər planı təsdiqlənib. Tapşırıqlardan biri də odur ki, qaydalar təsdiqlənsin”.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı da qeyd edib ki, hələ ki, müvafiq qurumlara, Nazirlər Kabinetinə bununla bağlı tapşırıq və tövsiyyələr verilib:
“2022-2026-cı il üzrə sosial-iqtisadi inkişaf strategiyası adlı bir sənəddir. Hansı ki, orada korrupsiya ilə mübarizə, bu istiqamətdə tədbirlər və s. həmin proqram çərçivəsindədir. Yəqin ki, yaxın 2 ay ərzində Nazirlər Kabineti bununla bağlı müəyyən bir qərar qəbul edəcək. Düşünürəm ki, müvafiq icra hakimiyyəti orqanlarına bu məsələnin mərkəzləşdirilmiş qaydada araşdırlması tapşırılacaq.Yəqin ki, rayon icra hakimiyyəti orqanlarının ve yerli bələdiyyələrin də iştirakı ilə bu proses həyata keçiriləcək. Amma hələ ki, tam konkret şəkildə deyə bilmərəm proses necə olacaq”.
Ramil Osmanlı həmçinin bildirib ki, burada söhbət hələ kiməsə evin verilməsindən getmir:
“Söhbət hələ ki, uçotun aparılmasından gedir. Uçotun aparılması qaydaları əvvəlcə müəyyən olunmalıdır ki, uçot kim tərəfindən, necə aparılacaq, prosesdə kimlər iştirak edəcək, hesabatlar necə qəbul olunacaq və s. Ondan sonra yəqin ki, digər istiqamətlərlə bağlı qərarlar qəbul olunacaq. İndi ev veriləcək ya verilməyəcək, kimlərə, hansı kateqoriyadan olan insanlara veriləcək, bu artıq sonrakı mərhələdə müəyyən olunacaq”.
“MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə qeyd edib ki, evlər xüsusi kateqoriya insanlara aid edilib:
“Onlara ancaq pulsuz verilir mənzillər. Yəni müharibə iştirakçıları, şəhidlər, əlillər onlar adətən pulsuz alırlar. Hansı ki, icra hakimiyyətində onlar adətən ev növbəsinə dayanırlar, o kateqoriyaya aid edilib. Yəni hamıya aid edilməyib, xüsusi, güzəştli kateqoriyadan insanlara aid edilib. Onların da mənzil uçotu əvvəllər kağız formasında aparılırdı. İndi sadəcə olaraq elektron formatda aparılacaq və ictimaiyyətə açıq olacaq. Həm icra hakimiyyətlərinə verilən mənzil fondu, həmçinin də növbəlilik. Burada şəffaflıq təmin ediləcək. Prezidentin sərəncamı məhz onu nəzərdə tutur”.
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
Ən son xəbərləri səhifəmizdən də izləyin