BURADA REKLAMINIZ OLA
BİLƏR

“Moskvaya təzyiqlər artırılacaq” - Olaf Şolts

“Avropa İttifaqının Rusiya əleyhinə sanksiyalarının beşinci paketi müzakirənin son mərhələsindədir. Moskvaya təzyiqlər artırılacaq”.

 

Pravda.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, sanksiyaların beşinci mərhələsi ilə bağlı yekun danışıqlar gedir.

 

Qeyd:  Avropa Komissiyasının vitse-prezidenti və ticarət üzrə Avropa Komissarı Valdis Dombrovskis Aİ İqtisadi Şurasının iclasının yekunları üzrə mətbuat konfransında bildirmişdi ki, beşinci məhdudlaşdırıcı tədbirlər paketi ticarət, nəqliyyat və energetika sahələrinə, o cümlədən kömürə qoyulan məhdudiyyətlərə qarşı yönəldiləcək.

 

Leyla

Tarix: 6 Aprel 2022, 16:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin