BURADA REKLAMINIZ OLA
BİLƏR

"Buça Rusiya hərbçilərinin nəzarətində olduğu müddətdə heç bir sakinə qarşı zorakılıq tətbiq edilməyib" - Zaxarova

“Buçadakı təxribat Ukrayna hakimiyyətinin növbəti cinayətidir”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

 

“Aprelin 3-də dünya Ukrayna hakimiyyətinin bu dəfə Buça şəhərindəki daha bir cinayətinin şahidi oldu. Orada rus hərbçiləri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı cinayət səhnəsi nümayiş etdirilib” – deyə, Zaxarova bildirib.

 

Zaxarova qeyd edib ki, şəhər Rusiya hərbçilərinin nəzarətində olduğu müddətdə Buçanın heç bir sakinə qarşı zorakılıq tətbiq edilməyib.

 

O, həmçinin əlavə edib ki, Buçada törədilmiş qətliamda Rusiyanın günahsız olduğuna dair kifayət qədər sübutlar var.

 

Leyla

Tarix: 6 Aprel 2022, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin