BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağ atlarının satış qiyməti məlum oldu

Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.

 

Hərraca çıxarılacaq Qarabağ atlarının start qiymətləri 5-30 min manat aralığında olacaq. Burada 3-4 at sərgilənəcək ki, qiymətlər də atların təlim xüsusiyyətlərinə, cıdır qabiliyyətinə, şəcərəsinə görə müəyyən olunub.

 

Sonuncu qiymət artımına görə də atların satışı qeydə alınacaq.

 

Qeyd edək ki, aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər.

 

Ölke.az

Tarix: 6 Aprel 2022, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin