BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəmaləddin Heydərovun şirkəti cərimələndi

“Gilan Holding” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Murad Məmmədovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: “Gilan Holding” MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu (qeyri-rəsmi) bildirilir.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2022, 07:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin