BURADA REKLAMINIZ OLA
BİLƏR

Ər arvadına 4 bıçaq vurdu

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Füzuli küçəsində qeydə alınıb.

 

Rayon sakini, 39 yaşlı Vüqar Zeynalov həyat yoldaşı, 37 yaşlı Aytən Zeynalovanı bıçaqlayıb.

 

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadına dörd bıçaq vurulduğu məlum olub. Hazırda vəziyyəti orta - ağırdır.

 

Hadisəni törədən V. Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.Report

Tarix: 28 Fevral 2020, 00:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin