BURADA REKLAMINIZ OLA
BİLƏR

“OBA market” yenidən karantin rejimini pozduğuna görə cərimələndi

Azərbaycanda tanınmış marketə yenidən cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “OBA market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Elməddin Hüseynovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: Daha əvvəl “OBA market” barəsində eyni xətai ilə bağlı cərimə protokolu yazılıb. İş protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2022, 07:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin