BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahib Alıyev: “Şarl Mişel Paşinyana başa saldı ki…”

“Brüssel görüşünün nəticəsiz bitməyəcəyi  haqda bir çoxları kimi məndə də müəyyən nikbinlik vardı. Sonra Ermənistan rəhbərliyinin  bəzi açıqlamaları və İrəvanda təşkil olunan etiraz aksiyası bu nikbinliyi tam aradan qaldırmasa da, xeyli azaltdı. Ancaq görünür, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Paşinyana başa saldı ki, təkcə regionda deyil, Avrasiyada gedən proseslər, özəlliklə də Rusiya-Ukrayna savaşında yaranmış vəziyyət onlara  forpostcasına  davranış, yəni sözdə sülhə hazır olduqlarını bildirib, əməldə "mərkəz"in diqtəsiylə hərəkət etmək üçün yer qoymur. İrəliləyiş olmalı, görüş sonrası açıqlamada da vurğulandığı kimi 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında əksini tapan bütün məsələlər yerinə yetirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Sahib Alıyev bildirib.

 

S.Alıyevin sözlərinə görə, Şarl Mişelin açıqlaması onu göstərir ki, Ermənistan rəhbərliyinin Azərbaycanın 5 maddəlik sülh təklifinə "əlavələr"i buxarlanıb - "Arsax" yoxdur, Qarabağın haylar yaşayan hissəsi var, "satus"  hardadırsa, ordadır, xortlaması mümkün deyil: “Brüssel danışıqlarını nəticəsi haqda Azərbaycan və Ermənistan rəhbərlərinin deyil, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin açıqlama verməsi onu göstərir ki, tərəflərin tam razılığa gəlmədiyi məsələlər də qalır. Əsas odur ki,  sülh danışıqları hazırlığı görmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə konkret tapşırıq verilib və sərhədlərin delimitasiyasıyla bağlı bu ayın sonuna kimi  ikitərəfli komissiyanın yaradılması planlaşdırılır. Bir sözlə, Ermənistan yenə forpostcasına davran(dıl)masa, Brüssel danışıqları regionun postkonflikt dövründən barış dövrünə keçməsi yönündə yaxşı perspektivlər vəd edir”.

 

Nadir

Tarix: 7 Aprel 2022, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin