BURADA REKLAMINIZ OLA
BİLƏR

“Brüsseldə baş tutan görüş Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilməlidir" - RƏY

"Aprelin 6-da Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşün əsas hədəfi sülh sazişinin imzalanmasına nail olmaq və digər baza prinsipləri əsasında razılığa gəlmək idi. Görüşdən sonra verilmiş bəyanatdan da açıq-aydın görünür ki, Brüssel görüşü olduqca məhsuldar keçib və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsi üçün ilkin razılıq əldə edilib. Fikrimcə, Brüsseldə baş tutan görüş Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin növbəti uğuru kimi dəyərləndirilməlidir".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

 

Deputat qeyd edib ki, Brüssel görüşünü olduqca uğurlu və məhsuldar adlandırmaq olar: "Görüş çərçivəsində, həmçinin, sərhədlərin müəyyənləşdirilməsi və sərhəd boyu təhlükəsizlik xəttinin formalaşması üçün işçi qrupunun yaradılması qərarı da verilib. Bundan başqa, görüşdə tərəflər arasında kommunikasiyaların açılması məsələsi də müzakirə edilib. Nəzərə almaq lazımdır ki, görüşdən əvvəl Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və Azərbaycan tərəfinin əsas götürdüyü 5 bəndlik baza prinsipi ciddi müzakirə obyektinə çevrilib. Əsas odur ki, sülh danışıqlarının baş tutması üçün vacib addımlar atılıb. Burada Avropa İttifaqının Prezidenti Şarl Mişelin səylərini və prosesə verdiyi töhfəni də lazımınca dəyərləndirmək lazımdır. İstənilən halda, regionda sülhün əldə edilməsi bütün tərəflərin xeyrinədir. Azərbaycanın qalib ölkə kimi daha çox şərt və tələblər irəli sürmədən regionda sülhü dəstəkləməsi həm Avropa İttifaqı, həm də Qərb institutlarının dəstəklədiyi yanaşmadır. Bu, onu göstərir ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfindən çıxış edib və bu gün də Azərbaycan regionda uzunmüddətli sülhü dəstəkləyir. Azərbaycanın əsas istəkləri sərhədlərin tanınması, kommunikasiyaların açılması və regionda əmin-amanlığın bərpasıdır".

 

Nəzrin Cavid

Tarix: 7 Aprel 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin