BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: "Ukraynanın Krımla bağlı təklifi qəbuledilməzdir"

"Ukraynanın dünən təqdim etdiyi müqavilə layihəsi İstanbuldakı görüşdə müəyyən edilmiş müddəalardan kənara çıxır".

 

Pravda.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

 

Onun sözlərinə görə, Ukrayna təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz versə də, sazişin yeni variantında bu bənd yoxdur.

 

Lavrov bildirib ki, Rusiya təxribatlara baxmayaraq, öz saziş layihəsini irəli sürəcək və Ukrayna ilə danışıqları davam etdirəcək.

 

O, həmçinin əlavə edib ki, Rusiya Ukraynanın danışıqlarda getdikcə daha çox ilkin şərt irəli sürəcəyini istisna etmir, lakin bu qəbuledilməzdir.

 

Leyla

Tarix: 7 Aprel 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin