BURADA REKLAMINIZ OLA
BİLƏR

KİV: Buça qətliamı rus ordusunun qəddar planının tərkib hissəsi idi

Buça sakinlərinə qarşı törədilmiş qətliam rus ordusunun qəddar planının tərkib hissəsi idi.

 

Pravda.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri Almaniya kəşfiyyatına istinadən yazır.

 

Məqalədə qeyd edilib ki, Almaniyanın xarici kəşfiyyat xidməti rus hərbçilərinin Buçada dinc əhalinin öldürülməsi ilə bağlı mesajlarını ələ keçirib.

 

Rusiya tərəfi Buçada yüzlərlə ukraynalı mülki şəxsin öldürülməsini inkar edərək bunu “təxribat”, “böhtan” və “tamaşa” adlandırsa da, alman kəşfiyyatının məlumatları bu mövqeyi tamamilə təkzib edir.

 

Belə ki, əldə olunmuş mesajın birində rus əsgərinin digərinə velosiped sürən mülki vətəndaşı öldürdüyü ilə bağlı məlumat yer alır. Güman edilir ki, söhbət fotosu bütün dünyaya yayılan ukraynalıdan gedir.

 

Ələ keçirilən digər bir məlumatda rus əsgərlərinə əvvəlcə ukraynalı məhbusları dindirməyi, sonra isə onları öldürməyi əmr edilir.

 

Kəşfiyyat bu vəhşiliklərdə əsas rolu rus muzdlularının, xüsusən də "Vaqner" özəl hərbi şirkətinin silahlılarının oynadığını qeyd edir.

 

Leyla

Tarix: 7 Aprel 2022, 15:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin