BURADA REKLAMINIZ OLA
BİLƏR

Belarus Ukraynada xüsusi əməliyyat keçirib

"Minsk Belarus vətəndaşlarının azad edilməsi üçün Ukraynada xüsusi əməliyyat keçirib".

Pravda.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

O, Ukrayna tərəfinin belaruslu maşın sürücülərini və vaqon idarəedicilərini ələ keçirtdiklərini bildirib.

"Mən ukraynalılara xəbərdarlıq etdim ki, bu insanları azad etmək üçün əməliyyat keçirməyə məcbur olacağıq. Belə bir səbəbdən xüsusi əməliyyat keçirdik və bütün insanlarımızı azad etdik” - Lukaşenko vurğulayıb.

O, əməliyyatın təfərrüatlarına varmayıb, lakin dövlət təhlükəsizlik komitəsinin sədri İvan Tertelə bu əməliyyatda iştirak edənlərin hamısına dövlət mükafatı təqdim etməyi tapşırıb.

Leyla



Tarix: 7 Aprel 2022, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin