BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ukraynaya qarşı müharibə hamımızın qlobal təhlükəsizliyinə təsir göstərir" - Borrell

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüblər.

Pravda.az xəbər verir ki, Borrell bu barədə şəxsi "Twitter" səhifəsində bildirib.

"Ukraynaya dəstəyimizi necə artıra biləcəyimizi müzakirə etdik. Ukraynaya qarşı müharibə hamımızın qlobal təhlükəsizliyinə təsir göstərir. Davamlı beynəlxalq səfərbərliyimizə və əlaqələndirilmiş dəstəyimizə arxayın olun" - Cozef Borrell qeyd edib.


Leyla

Tarix: 7 Aprel 2022, 16:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin