BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: “Ermənistanın baş naziri sülh, rifah istəyir, mane olmayaq...”

“Brüssel görüşü çox vacib idi, belə təmasların olması sülh quruculuğu üçün önəmlidir, Azərbaycan tərəfinin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin XİN-i daimi çalışan komissiya təsis edəcək, danışıqlar intensivləşəcək. Yekun mətndə Soçi anlaşmasına istinad var, bu da Moskvanın könlünü almaq üçün yazılıb, aydın məsələdir ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil. Yəni, yaxşı başlanğıcdır, əsl real-politik yanaşmadır, amma indi əsas irəliləyiş atılacaq praktik addımlardan asılı olacaq. Hər iki ölkə provokasiyalardan, əsas da Şimaldan gələn provokasiyalardan çəkinməli, koordinasiyalı addımların atılmasına çalışmalıdır. Dayanıqlı sülh üçün unikal şans yaranıb, bu şansı əldən vermək olmaz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

 

“Danışıqlar da, görüş də Azərbaycanın üstünlüyü ilə keçir, bunun da əsas səbəbi 44 günlük zəfər, ölkənin qurduğu de-facto, de-jure ittifaqlar, Azərbaycanın indiki durumda geosiyasi və enerji önəminin daha da artmasıdır. Amma bizim media “Ermənistanı diz çökdürdük”, “Ermənistan bütün şərtlərimizi qəbul etdi”, “Diplomatiyamızın zəfəri – ermənilər hər sözümüzlə razıladı” kimi qıcıq doğuran başlıqlar atmasınlar, anlayaq ki, bizdən fərqli olaraq Ermənistanda Azərbaycan mediasını diqqətlə izləyən qruplar var, bizim mediada çıxan “aşağılayıcı” xəbərlərdən Ermənistanda ruspərəst müxalifət Paşinyan və komandasına qarşı istifadə edir. Görünən odur ki, Ermənistanın baş naziri doğrudan da sülh, rifah istəyir, ona mane olmayaq...”

 

Nadir

Tarix: 7 Aprel 2022, 16:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin