BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əmək” ordenli qadın sahibkara qarşı ŞOK İTTİHAM: Yarım milyonluq mənimsəmə...

Azərbaycanda tanınmış qadın sahibkar yarım milyonluq mənimsəmədə ittiham edilir.

Pravda.az xəbər verir ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib. İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.

Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Qafqazinfo 

Tarix: 7 Aprel 2022, 16:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin