BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılıdan Brüssel görüşü ilə bağlı açıqlama

“Azərbaycan-Ermənistan sülh danışıqlarının Moskvada yox, Brüsseldə davam etməsi müsbət hadisədir. Hesab edirik ki, sülh danışıqları bundan sonra da bu formatda və ya ikitərəfli qaydada Bakının irəli sürdüyü baza prinsipləri əsasında davam etdirilməli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiya, və demarkasiyası həyata keçirilməli, Azərbaycan dövləti Yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməlidir”.

 

Pravda.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

 

A.Hacılı qeyd edib ki, digər tərəf təhlükəsizlik üçün beynəlxalq təminat tələb edərsə, bu təminatı iki NATO dövləti-Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər. İndiki mərhələdə münaqişənin həlli, regionda davamlı sülhün təmin olunması, xarici silahlı qüvvələrin ərazilərimizdən və Cənubi Qafqazdan çıxarılması üçün bizim doğru, həm də mümkün hesab etdiyimiz yol xəritəsi budur”.

Tarix: 7 Aprel 2022, 18:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin