BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyaya qarşı təzyiqlər artırılır

G7 liderləri Rusiyaya təzyiqi artırmaq üçün 7 bəndlik bəyanat hazırlayıblar.

 

Pravda.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk bəndə enerji də daxil olmaqla Rusiya iqtisadiyyatının əsas sektorlarına yeni investisiyaların qoyulması qadağası daxildir.

 

Buraya Rusiya iqtisadiyyatı üçün vacib olan mal və xidmətlərin tədarükünə qoyulan qadağaların genişləndirilməsi; Rusiyadan ixrac olunan və onun iqtisadiyyatı üçün vacib olan malların alınmasına yeni məhdudiyyətlər qoyulması,  Rusiya banklarının qlobal maliyyə sistemindən kəskin şəkildə uzaqlaşdırılması, Rusiya iqtisadiyyatının aparıcı qüvvəsi kimi çıxış edən Rusiya dövlət müəssisələrinə qarşı əlavə sanksiyaların tətbiqi, rusiyalı elit adamlara qarşı yeni şəxsi sanksiyaların tətbiqi, müdafiə sektoruna qarşı nəzərdə tutulmuş əlavə sanksiyaların tətbiqi, Rusiya enerjisindən asılılığın azaldılması planlarının sürətləndirilməsi, o cümlədən Rusiya kömürünün idxalının mərhələli şəkildə dayandırılması və Rusiya neftindən asılılığın azaldılması daxil edilib.

 

Leyla

Tarix: 7 Aprel 2022, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin