BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyaya mesaj göndərirlər ki, “qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın””

“Ermənistan müxalifəti və Qarabağdakı separatçılar Brüssel görüşünü belə dəyərləndirirlər ki, 1)baş nazir Nikol Paşinyan Qarabağın taleyinə biganədir; 2)Avropa İttifaqı Rusiyanı Qarabağdan sıxışdırmaq istəyir; 3)Ortaq bəyanatda “Dağlıq Qarabağın” və “Minsk Qrupunun” xatırlanmaması ermənilərin zərərinədir. Nikol Paşinyan hökumətin iclasında Brüsseldə Fərrux kəndi və yüksəkliyinin itirilməsindən ona görə danışmadığını belə izah edib ki, “bu məsələnin Avropa İttifaqına dəxli yoxdur, orada rusiyalı hərbçilər olduğuna görə problemin həlli Moskva ilə müzakirə edilməlidir”. Paşinyan Fərruxun “itirlməsinə” görə Rusiyanın ünvanına daş atmağı da unutmayıb: “Fərruxun yenidən nəzarətə götürülməsi üçün Rusiya hərbçilərdən qəti addımlar gözləyirik. Rusiyaı hərbçilərin fəaliyyətinin araşdırılması məqsədilə Rusiya prezidenti Vladimir Putinlə bir neçə telefon danışığım olub”. Əslində, Paşinyana, ona müxalifət olanlara və separatçılara da aydındır ki, Fərruxu da itiriblər, Minsk Qrupu da arxivə göndərilib, Avropa İttifaqı da Qarabağdan deyil, Azərbaycanla Ermənistan arasındakı məsələrin həllindən danışmaq istəyir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“O ki qaldı, Qarabağ separatçılarının “bölgə Rusiyaya birləşdirilsin” kimi cəfəng ideyalarına, yəqin Donbas, Abxaziya və Cənubi Osetiyanın yolunu getmək istəyirlər. Ancaq xəritəyə baxsalar da anlamırlar ki, Donbas, Abxaziya və Cənubi Osetiyadan fərqli olaraq Qarabağın Rusiya ilə sərhədi yoxdur, bu “birləşməni” necə təsəvvür edirlər? Sadəcə, bununla Rusiyaya mesaj göndərirlər ki, “qulunuz olmağa hazırıq, yetər ki, Azərbaycanı dayandırın”” – E.Şahinoğlu qeyd edib.

 

Nadir

Tarix: 7 Aprel 2022, 20:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin