BURADA REKLAMINIZ OLA
BİLƏR

Fuad Nurullayev: "Ramazan ayında evlənmək olar, amma toyun edilməsi imkansızdır”

“Ramazan 11 ayın sultanıdır. Allah bu ayda peyğəmbərimizə Quranı nazil edib. Biz 12 ayın 11 ayında toy, gəzinti və bütün işlərimizi görə bilərik. Bəs, bizim bu qədər imkanlarımız varsa, bunu niyə Ramazanda edək?”

 

Pravda.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.

 

Onun sözlərinə görə, Ramazanda çoxlu dualar edilməli, oruc tutulmalıdır: “Allah bizə ziyafət süfrəsinə dəvət edir və biz isə başqa-başqa işlərlə məşğul olmaq istəyirik. Bu cılızlıqdır. Ramazan ayını mükəmməl formada dərk etmək lazımdır. Ola bilər ki, biri öz oğluna qız almaq istəyir, qız qapısına getmək istəyir. Bu zaman iftar süfrəsi təşkil oluna  bilər və həmin süfrə arxasında “Bismillah razılığı” verilə bilər. Amma toyu bu ayda etməmək gözəldir. Toy adətən 6-da başlayır, iftar isə daha gec olur. Bu o deməkdir ki, sən gündüz kimlərisə yedizdirməlisən, bu çox böyük günahdır. Bu ayda evlənmək olar, amma toyun edilməsi imkansızdır”. 

 

Lent.az

Tarix: 7 Aprel 2022, 21:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin