BURADA REKLAMINIZ OLA
BİLƏR

"Al Market" yenidən karantin rejimini pozdu

Bakıda tanınmış şirkətə yenidən cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, "Al Market" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 

 İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: Daha əvvəl "Al Market"ə bu xətai ilə bir neçə dəfə cərimə protokolu yazılıb.

 

Kamal Məmmədov

Tarix: 8 Aprel 2022, 07:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin