BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sahibkara qanunvericiliyi pozduğuna görə cərimə protokolu yazılıdı

Bakıda sahibkara əmək qanunvericiliyini pozduğuna görə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mürvətov Tərlan Kamil oğlu barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

 

 İş hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: K.Mürvətova məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 96 ünvanında yerləşən restoranı var.

Tarix: 8 Aprel 2022, 07:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin