BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərpoçt"a cərimə protokolu yazıldı

"Azərpoçt" MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

 

 İş hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Kamal Məmmədov

Tarix: 7 Aprel 2022, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin