BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanınmış mebel şirkəti qanunvericiliyin tələbini pozdu

Bakıda tanınmış mebel şirkəti qanunvericiliyin tələbini pozdu

 

 

“Mətbəx Aləmi” MMC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hüseyn Səfərovun  icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: “Mətbəx Aləmi” MMC mebel və interyer avadanlığının satışı ilə məşğul olan şirkətdir.

 

Kamal Məmmədov

Tarix: 8 Aprel 2022, 07:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin