BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Həmin “azərbaycanlılar” ermənilərin quluna çevrilib”

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Belçikanın paytaxtı Brüssel şəhərində üçtərəfli görüş keçirilən zamanı mühacirlər Tural Sadıqlı və Elşad Məmmədov erməni lobbisindən aldıqları tapşırıqları icra etməyə çalışdılar. Prosesə xələl gətirmək üçün tərbiyəsizlik etdilər. Bu adamlara Azərbaycana, milli maraqlarımıza xidmət etmirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycanın gələcəyi həmin insanları qətiyyən düşündürmür: “Bu təxribatçılar zəif, parçalanmış Azərbaycan görmək istəyirlər. Onların haradan tapşırıq aldıqları məlumdur. O “azərbaycanlılar” ölkəmizə qarşı informasiya müharibəsi aparırlar, şər, böhtan xarakterli məlumatlar yaymaqla məşğuldurlar, erməni lobbisinin quluna çevriliblər. Bu dəfə də əxlaqsız addım atmaqla növbəti dəfə özlərini ifşa etdilər, istəklərinə nail olmadılar. “Osmanqızı” internet televiziyası da ermənipərəst mövqedən çıxış edib. Azərbaycan cəmiyyətində belələrinə yer yoxdur, onlar tarixin zibilliyində qalacaqlar. Brüssel görüşü Azərbaycan növbəti diplomatik qələbəsidir. Prezident İlham Əliyev qətiyyət nümayiş etdirərək milli maraqlarımızı qoruyur. Hamımız cənab Prezidentə dəstək verməliyik”.

 

Kənan Mirzəyev

Tarix: 8 Aprel 2022, 07:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin