BURADA REKLAMINIZ OLA
BİLƏR

Tofiq Yaqublu Ali Məhkəməyə müraciət etdi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu  barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Ali Məhkəmədə keçiriləcək baxış iclası aprelin 12-nə təyin edilib.

 

Kassasiya şikayəti hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

 

O, ittihamları qəbul etmədiyini bildirir.

 

Nizami Rayon Məhkəməsi T.Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

 

Daha sonra o, həbsdə aclıq aksiyasına başlayıb. Səhhəti pisləşdiyi üçün istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

 

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. T.Yaqublu məhkəmə qərarından sonra aclıq aksiyasını dayandırıb və azadlığa buraxılıb.

 

Kamal Məmmədov

Tarix: 8 Aprel 2022, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin