BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məhdudiyyətlər aradan qaldırılır?

"Hökumət neftin bahalaşmasında o qədər məst olub ki, pandemiya yaddan çıxıb. Virus gorbagor olub, bunlar isə hələ də kovid-pasport kimi rasist yanaşmanı ləğv etmir, quru sərhədləri açmırlar. Quru sərhədlər bir kənara, təyyarə ilə ölkəyə gələn vətəndaşlardan hələ də kovid-test istəyirlər".

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

"Gürcüstan və Türkiyə artıq testsiz ölkəyə qəbul edir, test vermədən getmək olur, dönəndə isə bizimkilər test istəyirlər. Yaxşı, ölkədən çıxanda test tələbinin məntiqi bildik, məmurların labaratoriyaları qazanırdı, bəs Gürcüstandan dönəndən niyə test istəyirlər?! Axı 80-120 lari test pulunu gürcü biznesmenlər qazanır, bəli, biznesdi, heç kimi yoxlayıb etmirlər, yalandan, güya yoxlayırlar, "neqativ" yazıb kağızı çap edib verirlər - vəssalam. Bunun Azala-Butaya, ölkəyə nə xeyri var? BəlkəTiflisdə də bizim məmurlar gürcü labaratoriyaları ilə şərik işləyir?!
Bitirin bu multfilmi... Yoluxma yox dərəcəsində, ölüm şükür ki, yox, bütün məhdudiyyətlər ləğv edilməlidir" - N.Cəfərli qeyd edib.

Nadir

Tarix: 9 Aprel 2022, 00:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin